İran Mərkəzi bankın rəhbəri dəyişdi

İranda Mərkəzi Bankın rəhbəri  Vəliyullah Seyfinin  yerinə  Əbdulnasır himməti  təyin  olundu.

1019319
İran Mərkəzi bankın rəhbəri dəyişdi

Qərar  paytaxt tehranda  Prezident Həsən Ruhaninin rəhbərliyində  baş  tutan kabinet  yığıncağında   Hökumət üzvləri  tərəfindən  qəbul  edilib. 

Prezident  Həsən  Ruhani   yığıncaqda  etdiyi  çıxışında, Mərkəzi bankın keçmiş  rəhbəri  Seyfiyə,  qeyri-qanuni fəaliyyət göstərən maliyyə təşkilatlarına qarşı  mübarizə səbəbindən   minnətdarlığını bildirib. Mərkəzi Bankın yeni başçısı Himmətidən   tələb  edib  ki,  pul siyasəti, dünya banklarıyla güclü əlaqələr  yaradsın. valyuta ehtiyatının qorunması kimi mövzulara üstünlük verilsin.

Qeyd  edək  ki, İrandakı mühafizəkarlara  görə,  mövcud  iqtisadi böhranın  əsas  məsulu  Ruhanidir. Prezidentə  dəstək  verən  bəzi islahatçılar   isə əls problemi nəzarət yox struktur olduğunu irəli sürürlər.



Әlaqәli Xәbәrlәr