Din xadimi Mövləvi Əbdüşşəkur Tərşabi öldürülüb

İranın cənub-şərqində yerləşən Sistan-Beluçistan əyalətinin Xaş qəsəbəsinin sünni din xadimi və alim olan Mövləvi Əbdüşşəkur Tərşabi silahlı hücum nəticəsində həyatını itirib.

1006432
Din xadimi Mövləvi Əbdüşşəkur Tərşabi öldürülüb

İRNA xəbər agentliyinin Xaş şəhər meriyasının müavini Məhəmməd Əhmədi Bolaqa istinadən çatdırdığı məlumatda görə, Mövləvi Əbdüşşəkur Tərşabi səhər saatlarında naməlum silahlılar tərəfindən sui-qəsdə məruz qalıb. Din xadimi hadisə yerində həyatını itirib.

Din aliminin öldürülməsinin qəsəbə xalqını matəmə boğduğunu ifadə edən Məhəmməd Əhmədi Bolaq: “Mövləvi Əbdüşşəkur Tərşabi akademik və elmi sahədə görkəmli şəxslərdən idi. O, bölgədə İslami birlik və bütövlüyün müdafiəçisi idi",-deyib.

Bolaq Cinayətkarların tutularaq ədalətə təhvil verilmələri üçün ətraflı istintaq başladıldığını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr