İranda "instagram"a da qadağa

Tehranda Baş Prokurorluğun binasında keçirilən mətbuat konfransında ölkədə ən çox istifadə olunan sosial media şəbəkələrindən olan “İnstagram”ın qadağan olunacağı bildirilib.

1005612
İranda "instagram"a da qadağa

İran Baş prokurorunun müavini Muhammed Müsəddiq mətbuat konfransında bildirib ki, “İstagram”ın qadağan edilməsinə səbəb olaraq “ölkədəki bəzi sənətçilərin “İnstagram” vasitəsiylə ehtiyacı olan şəxslər üçün maddi yardım toplamalarından suni istifadə hallarına səbəb olmalarıdır”

Qeyd edək ki, İranda “Facebook”, “Twitter” kimi sosial media hesablarından istifadə qadağandır. Aprel ayında isə ölkədə baş verən etirazlara görə “Telegram” bağlanıb. Ölkədə internetdən istifadə edənlərin 55 faizini “Telegram”, 23 faizini isə “İnstagram” istifadəçiləri təşkil edir.

Lakin ötən həftə İranda dolların məzənnəsinin sürətlə qalxmasına etiraz edən tehranlı iş adamının hərəkətlərindən sonra “İnstagram”ın qadağan edilməsi diqqət çəkib.

 

 



Әlaqәli Xәbәrlәr