İran nüvə fəaliyyətlərindən imtinamı edir?

İranda  iqtisadi  problemlərdən  xilas  ola bilmək  üçün    nüvə  fəaliyyətləri  azaltaraq  daha  çox  mövcud neft  ehtiyatlarına iqtiqamətlənməliyik.  Bunu İran Məclis sədrinin müavini Məsud Pezeşkiyan  deyib.

1005644
İran nüvə fəaliyyətlərindən imtinamı edir?

Paytaxt Tehranda baş  tutan Növbəti  Neft Kimya direktorları  yığıncağında   çıxış  edən Pezeşkiyan, ABŞ nüvə proqramına  dair  razılaşmadan  çıxdıqdan  sonra   ölkədə  artan   iqtisadi problemlərin həlli ilə  əlaqəli  görüləsi   tədbirlərə   toxunub.

İran ilə Qərb ölkələri arasında problem təşkil edən nüvə fəaliyyətlərin ölkəsinin  mənfəətinə  olmadığını   ifadə edən  Məclis  sədrinin  müavini  Pezeşkiyan, Tehran rəhbərliyinin dünya ölkələriylə  münasibətlərinin  qəbul  edilməz  olduğunu  vurğulayıb.

Nüvə enerji  proqramı    Məclisin  gündəminə  daxil  edildikdə  də   bunun   mövcud  vəziyyətdə   ölkənin   lehinə  olmadığını   səsləndirdiyini   ifadə  edən   Pezeşkiyan,  İranda, aşkar  edilmiş  min 200 ton uran ehtiyatının  olduğunu,  bunun   ölkəmizə  iqtisadi  töhfəsinin neftdən  daha  az  olacağına   əminliyini   qeyd  edib. İqtisadi  müharibənin  hərbi  müharibədən  daha   çətin  olduğunu,  bu  səbəbdən  hər kəsin   əl-ələ  verərək  həmrəy olmasının  lazım gəldiyini   bildirib.

 



Әlaqәli Xәbәrlәr