İran parlamentinin komissiyası fövqəladə iclas keçirdi

İran parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyası ölkədəki iqtisadi problemləri müzakirə etmək üçün fövqəladə iclas keçirdi.

1000254
İran parlamentinin komissiyası fövqəladə iclas  keçirdi

İran parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyası ölkədəki iqtisadi problemləri müzakirə etmək üçün fövqəladə iclas keçirdi.

 Parlamentin Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyasının sədri Həşmətullah Fəlahətpişə İran dövlət televiziyasına müsahibə verərək: "İqtisadiyyatda son günlərdə nəzərə çarpan problemlər komissiyanın fövqəladə iclasında müzakirə olunacaq" demişdi.

İqtisadi məsələlərin milli təhlükəsizliklə əlaqədar olduğuna diqqət çəkən Fəlahətpişə iclasda iqtisadi sahənin vəzifəli şəxlərinin də iştirak edəcəyini bildirmişdi.

Fəlahətpişə ölkəyə illik təxminən 63milyard dollarlıq xarici sərmayənin cəlb olunmasının vacibliyini vurğulamış, bu mövzunun Xarici İşlər Nazirliyinin fəaliyyət siyahısında olduğunu qeyd etmişdi.

 

 

 



Әlaqәli Xәbәrlәr