Parlament yeni hökumətə etimad göstərdi

Gürcüstanın keçmiş baş naziri Giorgi Kvirikaşvilinin 13 İyunda istefasından sonra yeni baş nazir Mamuka Baxtadze və onun formalaşdırdığı hökumətə parlament etimad göstərib.

996589
Parlament yeni hökumətə etimad göstərdi

Gürcüstan parlamenti bugünkü növbədənkənar iclasında yeni baş nazir Mamuka Baxtadze və kabineti təsdiqləyib. 

Məlumata görə əvvəlki hökumətdən fərqli olaraq yeni hökumətdə iqtisadiyyat və davamlı inkişaf, xarici işlər və maliyyə naziri dəyişib. İqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Giorgi Çerkezişvili, xarici işlər naziri vəzifəsinə David Zalkaliani, maliyyə naziri vəzifəsinə isə Nikoloz Qaqua təsdiq olunub.

Parlamentin etimad göstərdiyi hökumət müvəqqəti hökumət hesab olunur. Belə ki, ölkə qanunvericiliyinə ediləcək müvafiq düzəlişlərdən sonra nazirliklərin sayı 14-dən 11-dək azaldılacaq. 

Mamuka Baxtadze bir neçə həftə ərzində yenilənmiş hökumətin tərkibini təqdim edəcək və parlament bir daha hökumətə etimad göstərməli olacaq. Ölkədə bir neçə nazirliklərin birləşdiriləcəyi gözlənilir. Yeni hökumətdə bir neçə yeni simanın olacağını təxmin edilir.

Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri Giorgi Kvirikaşvili iyunun 13-də istefa verib. İyunun 14-də parlament çoxluğu maliyyə naziri M. Baxtadzenin baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

 

 



Әlaqәli Xәbәrlәr