İraqda seçki qutuları yandı

İraqda seçki qutuları yandı və seçkilərin yenidən keçirilməsi üçün çağırışlar edildi

989900
İraqda seçki qutuları yandı

 İraq parlamentinin sədri Səlim əl-Cuburi və vitse-prezident İyad Allavi paytaxt Bağdadda seçki qutularının olduğu anbarda yanğın baş verməsindən sonra seçkilərin yenidən keçirilməsi üçün çağırış etdilər.
 
 Cuburi verdiyi açıqlamada yanğının İraq xalqının iradəsini dəyişdirmək, xalqı aldatmaq və seçkilərin nəticələrini saxtalaşdırmaq  üçün qərəzli  olaraq törədildiyini bildirdi.
 
  Allavi də müvəqqəti hökumətin qurulmasını və  seçkilərin yenidən keçirilməsini məqsədəuyğun saydı.
 
 Seçkilərin qalibi,  şiə lideri Müktəda əs-Sadra bağlı olan siyasi politbüronun nümayəndəsi Ziya əl-Əsədi də yanğının seçkilərin baş tutmaması üçün qəsdən törədildiyi fikrindədir. 
 
 Bağdad Əməliyyatlar İdarəsinin komandiri Cəlil ər-Rubayi  elektron sayma cihazlarının yandığını, səsvermə bülletenlərinin olduğu qutulara isə zərər dəymədiyini bildirdi.
 
 Qeyd edək ki, dünən Bağdadda seçki qutularının olduğu böyük anbarda yanğın baş verib, bəzi seçki qutuları yanıb.
 
  



Әlaqәli Xәbәrlәr