İsrail çadırları yandırdı

İsrail rejimi təyyarələrinin bu gün səhər Qəzzanın Rafah şəhərinin şərqində yaradılan "Dönüş çadırı"na yandırıcı maddə atması nəticə çadırda yanğın meydana gəldiyi bildirilib.

988824
İsrail çadırları yandırdı

İsrail işğal qüvvələrinin Rafahın şərqində yaradılan və "Milyonluq Dönüş Yürüyüşü"nə hazırlıq görülən "Böyük Qayıdış Yürüşü" çadırıyla gənclərin təkər yandırdıqları nöqtəyə yandırıcı maddə atdıqları qeyd edilib. "Qayıdış Yürüşü və Mühasirəni Qırma Heyəti"nin açıqlamasında bu cinayətin İsrailin bu gün milyon nəfərlə mitinq keçirəcək olan mübariz Fələstin xalqından qorxduğunun da göstəricisi olduğu vurğulanıb. Çadırların və şinlərin yanmasına baxmayaraq, "Dönüş Yürüşü"nün məqsədinə çatana qədər davam edəcəyini vurğulayan heyət Fələstin xalqından cümə namazından sonra Qüds üçün milyon nəfərlik aksiyaya qatılmalarını istəyib.

 



Әlaqәli Xәbәrlәr