İordaniya hökuməti vergi qanununun ləğv edilməsi tələbini rədd etdi

İordaniya  hökuməti ölkədə etirazlara səbəb olan vergi məcəlləsinin ləğv edilməsi tələbini rədd etdi, lakin həmkarlar ittifaqları ilə dialoqa davam etmək barəsində qərar qəbul etdi.

984509

İordaniya parlamentinin sədri Atıf Teravinə Baş nazir Hani əl-Mülki ilə həmkarlar ittifaqları rəhbərlərinin görüşündən sonra keçirilən birgə mətbuat konfransında vergi məsələsi ilə bağlı dialoq üçün bir komitə yaradılacağını bildirdi.

 Baş nazir Mülki də həmkarlar şurası ilə müzakirələrin hələ bitmədiyini və tərəflərin bir-birini başa düşməyə başladığını qeyd etdi.
 
Peşə Həmkarlar İttifaqları Şurasının sədri Əli əl-Abus  vergi məcəlləsinin ləğv edilməsi üçün başqa toplantılara ehtiyac olduğunu ifadə etdi.

 Digər tərəfdən ölkədə etirazlar davam edir.

İordaniyanın paytaxtı Ammanda Nazirlər Kabinetinin iqamətgahı qarşısında keçirilən aksiyada hökumətin istefası tələb olundu.Yüzlərlə nümayişçi  "Xalq hökumətin istefasını istəyir" şüarını səsləndirdi.
 
Qeyd edək ki, İordaniya parlamenti hökumətin 100 milyon dinar (təxminən 141 milyon dollar) qazanc gətirəcəyini təxmin etdiyi gəlir vergisi layihəsini ötən həftə qəbul edib.

Gəlir vergisi qanun layihəsinin Beynəlxalq Valyuta Fondunun (IMF) diktəsi ilə təsdiq olunması ölkənin bir sıra kəsimləri  tərəfindən narazılıqla qarşılanıb.

Әlaqәli Xәbәrlәr