İraqdan müsəlman və beynəlxalq cəmiyyətə çağırış

İraq, müsəlman və beynəlxalq cəmiyyətə çağırış edib ki, İsrailin Qəzza Zolağına istiqamətli "qəddar hücumlarına" qarşı təcili tədbirlər görülsün.

983139
İraqdan müsəlman və beynəlxalq cəmiyyətə çağırış

Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Məhcub yaydığı bəyanatında: "İraq Xarici İşlər Nazirliyi, İsrailin vəhşi hücumlarını qınayır və bu cinayətlərin qarşısının alınması üçün beynəlxal cəmiyyət və müsəlman aləmindən lazımlı addımları atmalarını tələb edir”. Açıqlamada həmçinin vurğulanıb ki "Qəzzadakı Fələstinli qardaşlarımız sionistlərin qəddar hücumlarına məruz qalır və beynəlxalq cəmiyyət buna biganə qaldığı üçün onlarla məsum insan həyatını itirir. Yüzlərlə insan isə yaralanır.



Әlaqәli Xәbәrlәr