İsrail ilə Rusiya, Suriya mövzusunda razılaşdı

İsrail ilə Rusiyanın, Suriyanın cənub sərhəd bölgələrinə nəzarətin yenidən Suriya rejim qüvvələrinin əlinə keçməsinə imkan yaradılması mövzusunda razılaşdıqları irəli sürülüb

980972
İsrail ilə Rusiya, Suriya mövzusunda razılaşdı

İsrail telekanalı 10-nun məlumatına əsasən, Rusiya və İsrail diplomatik danışıqlar nəticəsində Suriyanın cənubundakı ərazilərin yenidən Suriya rejim qüvvələrinin nəzarətinə keçməsi mövzusunda razılaşıblar. Xəbərdə bildirilib ki, razılaşmaya görə İran, Livan Hizbullahı və ya heç bir xarici qüvvə sərhəd bölgəsində olmayacaq.

Suriya rejimi tərəfindən təsdiq edildiyi ifadə edilən razılaşma ilə əlaqəli hələ ki rəsmi bəyanat verilməyib.

İsrailin müdafiə naziri Aviqdor Lermerman, Rus həmkarı Sergei Shoygu ilə İranın Suriyadakı mövqeyini müzakirə etmək üzrə 30 mayda Moskvaya gedəcək.

Digər tərəfdən İsrail mətbuatında, Rusiyanın, İrandan Suriya-İsrail sərhəddindəki qüvvələrini çıxarmasını tələb etdiyi bildirilib.

Rusiya xarici işlər naziri Sergey Lavrov da ötən gün verdiyi açıqlamada Suriyanın cənubundakı ərazilərdə təkcə rejim qüvvəlirinin olmasının   əhəmiyyətini   vurğulayıb.

 İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi, terror təhdidi davam edənə və Suriya hökumətinin İrandan yardım tələbi davam edənə dək qüvvəlirimiz ölkədən çıxmayacaq  deyib.



Әlaqәli Xәbәrlәr