B.Əsəd rejiminə müxalif 11 qrup arasında ittifaq yaradılıb

Suriyada, Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan 11 müxalif qrup ittifaq yaradıb. Yeni ittifaqa "Milli azadlaşdırma Cəbhəsi" adı verilib.

981087
B.Əsəd rejiminə müxalif 11 qrup arasında ittifaq yaradılıb

Müxalif mənbələrin məlumatına görə, ölkənin şimal-qərbindəki İdlib və Hama şəhərinin şimalındakı Azad Suriya Ordusuna mənsub 11 müxalif qrup Milli azadlaşdırma Cəbhəsi adı altında birləşmə qərarına gəlib.

Yaradılan Milli azadlaşdırma Cəbhəsi tərkibinə daxil olan qruplar Feylak-ı Şam, Nasir Ordusu, Azad İdlib Ordusu, 1-ci Sahil Diviziyası, 2-ci Sahil Diviziyası, 1-ci Fırka, 2-ci Ordu, ziyalılar Ordusu, Şühəda El İslam Dareyya, El Huriyye Briqadası və 23-cü Fıkradan ibarətdir.

Milli azadlaşdırma Cəbhəsinin lideri Faylak Dəmeşq qrupunun komandirlərindən Fadıl Allah El həcci, köməkçisi isə Nasir Ordusu mənsubu Suhayp Leyyüş oldu.



Әlaqәli Xәbәrlәr