İsrail əsgərləri Əl-Amari düşərgəsinə basqın təşkil edib

İsrail əsgərləri bu gün səhər İordan  Çayının  Qərb  sahilində  yerləşən   Ramallah yaxınlığındakı Əl-Amari Fələstin Qaçqın Düşərgəsinə basqın edib.

980529
İsrail əsgərləri Əl-Amari düşərgəsinə basqın təşkil edib

Yerli mənbələrə görə,  basqına reaksiya göstərən fələstinlilər ilə İsrail əsgərləri arasında toqquşma baş verib. İsrail əsgərləri fələstinliləri dağıtmaq üçün rezin güllə və gözyaşardıcı qaz istifadə edib. Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, İsrail əsgərlərinin hücumlarında 13 fələstinli yaralanıb. Düşərgə sakinləri bir çox evə basqın edən İsrail əsgərlərinin 9 nəfəri nəzarətə aldığını bildirib.  

Fələstin rəsmi mənbələrinin məlumatına  görə, İsrail həbsxanalarında 450-si inzibati məhbus, 12-si millət vəkili və 300-ü uşaq olmaqla təxminən 6 min 500 fələstinli var.



Әlaqәli Xәbәrlәr