İran İsrail rəsmilərilə görüş olduğu iddialarını təkzib etdi

İran Xarici İşlər Nazirliyi sözçüsü Bəhram Qasımi İordaniyanın paytaxtı Ammanda İran və İsrailli rəsmilərin görüşdükləri iddialarının yalan olduğunu deyib.

980826
İran İsrail rəsmilərilə görüş olduğu iddialarını təkzib etdi

  İran və İsrail rəsmilərin İordaniyanın paytaxtı Ammanda gizli görüş keçirdikləri iddialarını İran tərəfi təkzib edib.

  İran Xarici İşlər Nazirliyi sözçüsü Bəhram Qasımi İordaniyanın paytaxtı Ammanda İran və İsrailli rəsmilərin görüşdükləri iddialarının yalan olduğunu deyib.

  Səudiyyə Ərəbistanının London mərkəzli "İlaf" qəzeti xəbərində yazır: “İranın İordaniyadakı səfiri Müctəba Firdovsi Burun, İran polis rəsmiləri və İsrailin Mossad Kəşfiyyat Xidmətinin rəis müavininin də aralarında olduğu hər iki tərəfin rəsmiləri Ammanın bir otelinin müxtəlif otaqlarında olub və tərəflər arasındakı müzakirə və mesajlara bir iordaniyalı vasitəçilik edib… Müzakirə mövzusu Suriyanın cənub-qərbində, xüsusilə, Dera və Kuneytara şəhərlərində çıxması gözlənilən münaqişələr olub… Görüşün nəticəsinə görə, İranla yanaşı Livan Hizbullahı və digər şiə qrupları sözügedən bölgədə Bəşşar Əsəd qüvvələri və müxalifət arasında çıxa biləcək savaşlara qatılmaması və İordaniyanın sərhədlərini keçidlərə qarşı qorumalı olduğu razılığına gəlinib".



Әlaqәli Xәbәrlәr