Müqtəda Sədr hökuməti qurma fəaliyyətlirini tamamlayıb

İraqda seçkilərdə qalib olan Müqtəda Sədr hökumət qurma çalışmaları çərçivəsində nüfuzlu din xadimi Ayətullah Seyid Əli Sistani ilə görüşəcək.

978087
Müqtəda Sədr hökuməti qurma fəaliyyətlirini tamamlayıb

Günlərdir paytaxt Bağdad şəhərində hökuməti formalaşdırmaq üçün işlər aparan Sədr dünən Nəcəf şəhərinə qayıdıb. O, bu barədə sosial şəbəkə hesabında yazıb. Müqtəda Sədr diqqətə çatdırıb ki, hökumət qurma işləri artıq tamamlanıb. “Hökumət nə şiə, nə sünni, nə ərəb, nə kürd, nə etnik, nə də ki, məzhəbçi hökumət olacaq. Hökumətimiz iraqlı yerli və güclü hökumət olacaq. Bundan əlavə, siyasi və vəhdətçi müxalifətimiz də olacaq”, - deyə Müqtəda Sədr yazıb. Ayətullah Sistani ilə də görüşəcəyini açıqlayan Müqtəda Sədr qəbilə liderləri ilə də bir araya gələcəyini qeyd edib.

 



Әlaqәli Xәbәrlәr