İbadi qurulacaq yeni hökumət mövzusunda Sədr ilə razılaşıb

12 May keçirilən seçkilərdə qələbə qazanan şiə lider Muqtada əl-Sədr ilə mütəxəssislərdən ibarət bir hökumət formalaşdırmaq mövzusunda razılaşdıq. Bunu Baş naziri Heydər Əl İbadi deyib.

976938
İbadi qurulacaq yeni hökumət mövzusunda Sədr ilə razılaşıb

İbadi paytaxt Bağdadda mətbuata verdiyi açıqlamada : " Muqtada əl-Sədr ilə formalaşdırılacaq hökumət mövzusunu danışdıq. Bütün siyasi qrupların iştirak edəcəkləri və dini siyasətə qarışdırmayacaq texnokratik namizədlərdən ibarət hökumətin qurulması mövzusunda razılaşdıq”.

Seçkidə məclisdə təmsil hüququnu qazanan bütün siyasi qruplarla danışıqlara hazır olduqlarını ifadə edən İbradi, keçmiş baş nazirlərdən Nuri Əl Malikinin siyasi çoxluq hökumət yaradılması haqqındakı çağırışını xatırladaraq belə bir fikri müsbət qarşılamadıqlarını qeyd edib. İbdai: “Bəzi qrupları kənarlaşdıraraq siyasi fəaliyyət aparmaq səhv olar. Bu anlayışdan ötəri DEAŞ ölkəmizə daxil oldu. Siyasi qruplar təcili olaraq parlament sessiyasını başlatmalıdılar. Hökumətin qısa müddətdə formalaşdırılacağına inanıram”- deyə İbadi vurğulayıb.



Әlaqәli Xәbәrlәr