İran ABŞ-a sərt reaksiya göstərdi: “Siz kimsiniz?”

İran prezidenti Həsən Ruhani ABŞ-ın İrana qarşı ciddi  maliyyə sanksiyaları tətbiq edəcəyini açıqlamasına cavab verərək dedi ki, siz kimsiniz ki, İran və dünya üçün qərarar verirsiniz?

975978
İran ABŞ-a sərt reaksiya göstərdi: “Siz kimsiniz?”

İran prezidenti Həsən Ruhani ABŞ-ın dövlət katibi Mayk Pompeonun ölkəsinin yeni İran strategiyası və tətbiq ediləcək maliyyə sanksiyalarına sərt reaksiya göstərdi.  

Paytaxt Tehranda çıxış edən Ruhani dünya ölkələrinin ABŞ-ın dünya ilə əlaqəli qərara yetişməsini qəbul etmədiyi bildirdi.

ABŞ-ın təzyiqlə qərarlarını tətbiq etdirmək istədiyini, amma ölkələrin müstəqil olduğunu və bu vəziyyəti qəbul etmədiklərini dilə gətirən Ruhani deyib: “Hələ dünənə qədər casusluq mərkəzində işləyən şəxs indi dövlət katibi olub. Hansı addımın atılacağına dair qərar verir. Siz kim olursunuz da İran və dünya haqqında qərara gəlirsiniz?”

Qeyd edək ki, Amerika nüvə müqaviləsindən çıxdıqdan sonra M.Pompeo İran strategiyasını açıqlayaraq deyib: “İran yolunu dəyişməzsə, ABŞ-ın tətbiq etdiyi sanksiyalar artacaq. İrana misli görünməmiş maliyyə təzyiqi tətbiq olunacaq, yeni sanksiyalar qoyulacaq. Amerikanın sanksiyalarının hamısı qüvvəyə minəndə İran iqtisadiyyatını ayaq üstündə saxlamaq üçün ölüm-qalım mübarizəsi aparacaq. ABŞ 2015 tarixli nüvə sazişini deyil, yeni bir müqaviləni müzakirə edəcək. İrana qarşı bütün regional müttəfiqlərlə yaxın əməkdaşlıq içində çalışırıq. ABŞ-ın İran siyasətilə bağlı bütün ölkələrə nümayəndə heyəti göndərəcəyik. Orta Şərqə hökm etmək heç vaxt İranın əlinə keçməyəcək. İran bütün qüvvələrini Suriyadan çəkməlidir. Bunlara əməl edərsə, ABŞ, bütün sanksiyaları aradan qaldırıb diplomatik və ticarət əlaqələrini tam olaraq bərpa etməyə hazırdır."



Әlaqәli Xәbәrlәr