Suriyada Bəşər Əsəd rejimi və terror təşkilatı DEAŞ razılıq əldə etdi

Suriyada Bəşər Əsəd rejimi və terror təşkilatı DEAŞ-ın qəbul etdiyi razılaşma nəticəsində terrorçular və rejimin nəzarətində yaşamaq istəməyən dinc vətəndaşları təxliyə edən ilk konvoy yola düşüb.

975634

“Anadolu” xəbər agentliyinin Yermük düşərgəsindəki məhəlli mənbələrdən əldə etdiyi məlumata görə, DEAŞ və Bəşər Əsəd rejimi razılıq əldə edib.  

DEAŞ-lıları və rejimin nəzarətində yaşamaq istəməyən dinc vətəndaşları daşıyan ilk konvoy düşərgədən hərəkət edib.

DEAŞ-lı terrorçuların 7 avtobusla, Homs vilayətində Badiya olaraq bilinən səhra bölgəsindəki mövcud DEAŞ mənsublarının yanına gedəcəyi öyrənilib.

Sivilləri daşıyan 9 avtobus isə İdlibə yola düşüb. Təxliyələrin davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Yermük düşərgəsi Dəməşqin 8 km cənubunda ümumilikdə fələstinli qaçqınların yaşadığı və 16 kvadrat kilometr sahədə yayılmış yaşayış bölgəsi kimi tanınıb.  

Әlaqәli Xәbәrlәr