Qəzzada həyatını itirən fələstinli sayı 41-ə çatıb

Qəzza zolağında İsrail rejiminə etiraz olaraq keçirilən aksiyaya müdaxilə zamanı ölən Fələstinli sayı 41 nəfərə çatıb. 1500-dən çox fələstinli yaralanıb.

970661
Qəzzada həyatını itirən fələstinli sayı 41-ə çatıb

Fələstinlilər ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə etiraz məqsədiylə Qəzza zolağı ilə İordan çayının qərb sahili başda olmaqla, Beytüllahim, Əl Xəlil və Ramallah şəhərlərində də minlərlə nümayişçinin iştirakı ilə aksiya keçirirlər.

İsrail qüvvələrinin aksişaçılara müdaxiləsi nəticəsində 41 Fələstinli şəhid olarkən, min 500 fələstinli də yaralanıb. Bədən xəsarəti alanlardan 9-nun mətbuat mənsubu olduğu bildirilir.

Məlumata görə, İsrail pilotsuz hava vəsaitləriylə nümayişçilərin üzərinə qaz bombası yağdırır. Fələstinli nümayişçilər isə, İsrail əsgərlərinin qanlı hücumlarına ancaq daş ataraq cavab verə bilirlər. İsrail isə, ABŞ-ın Qüdsdəki yeni səfirlik binasının ətrafında və işğal altındakı Şərqi Qüdsün "Köhnə Şəhər" ərazisində əlavə polis qüvvə yerləşdirib.

Qeyd edək ki, ABŞ-ın səfirliyinin Qüdsə köçürülməsinə dünyanın müxtəlif ölkəyləri reaksiya verməkdə davam edirlər. Həmin məqsədlə 46 ölkədə aksıyalar planlaşdırılır.



Әlaqәli Xәbәrlәr