İraqda keçirilən seçkidə Sairun koalisiyası qələbə qazandı

İraqdakı seçkilərdə şiə lider Müktəda əs-Sədrin dəstəklədiyi Sairin koalisiyası parlamentdə 18 yer qazanaraq Bağdadda birinci yeri tutdu.

969908
İraqda keçirilən seçkidə Sairun koalisiyası qələbə qazandı

İraqdakı seçkilərdə şiə lider Müktəda əs-Sədrin dəstəklədiyi Sairin koalisiyası parlamentdə 18 yer qazanaraq Bağdadda birinci yeri tutdu.

İraqda Müstəqil Seçki Komissarlığının verdiyi açıqlamaya görə, 10 şəhərdə dəqiq olmayan ilk seçki nəticələrinə görə, Bağdadda Sədrin koalisiyası 18 yer qazanıb. Şiə milis gücü Haşdi Şabi qruplarının iştirak etdiyi Fəth ilə sabiq Baş nazir Nuri əl-Malikinin lideri olduğu Qanun Dövləti koalisiyasının hərəsi isə 8 yer qazanıb. 

Baş nazir Heydər əl-İbadinin Nasır koalisiyası ilə sabiq baş nazirlərdən İyad Allavinin Vətəniyyə koalisiyasının da Bağdaddan hərəsinin 8 yer qazandığı bildirilib.

Sünni lider Usamə ən-Nuceyfinin Qərar koalisiyasi ilə digər sünni koalisiyası Bağdad və şiə liderlərdən Ammar əl-Həkiminin lideri olduğu Hikmət koalisiyasının hərəsinin də 4 millət vəkili yeri qazandığı qeyd olunub.

İraqın qərbindəki Ənbarda isə “Ənbar Şəxsiyyətimiz” koalisiyası birinci, Vətəniyyə koalisiyasi ikinci, Nuceyfinin Qərar koalisiyası üçüncü yeri tutduqda, baş nazir İbadinin koalisiyası dördüncü yerdə qərarlaşıb. 

Açıqlanan şiə vilayətləri seçki nəticələrinə görə, Sədrin koalisiyası birinci, Haşdi Şabi koalisiyası isə ikinci yeri tutub.

İraqın türkmən və ərəblərin olduğu olduğu Kərküklə yanaşı Mosul, Ərbil, Süleymaniyyə və qalan digər şəhərlərində saxtakarlıq olduğu irəli sürülüb. Buna görə seçki nəticələrinin sonra açıqlanacağı bildirilib.


Etiketlәr: #İraq , #seçki

Әlaqәli Xәbәrlәr