Yəmən yardım istəyir

Yəmənli nazir Abdurrəqib Fətih xalqın yardım proqramına  ehtiyac olduğunu, ölkəsinin fəlakət vəziyyətinə doğru sürükləndiyini bildirdi.

966066
Yəmən yardım istəyir

Yəmənin yerli idarə nazir Abdurrəqib Fətih xalqın yardım proqramına  ehtiyac olduğunu, ölkəsinin fəlakət vəziyyətinə doğru sürükləndiyini bildirdi.

Mərkəzi ofisi İstanbulda olan Beynəlxalq Yardım və İnkişaf Təşkilatının təşəbbüsü ilə təşkil olunan "Yəmən Xalqına Yardım" adlı tədbirdə Yəmənin yerli idarə naziri Abdurrəqib Fətihin başçılığı ilə yüksək vəzifəli şəxsləri, İslam Dünyası Qeyri-Hökumət Təşkilatları Birliyinin baş katibi Əli Qurd, insan haqları sahəsində fəaliyyət göstərən onlarla aktivist və jurnalist iştirak etdilər.

Yəmənli nazir Fətih çıxış edərək: "Davamlı bir yardım proqramı olmalıdır. Yəmən vətəndaşlarında vətən hisssinin bərpa olunması üçün yardım mexanizmi yaradılmalıdır. Bu olmazsa, ölkənin vəziyyəti fəlakətə doğru sürüklənəcək" dedi.

Abdurrəqib Fətih ölkəsindəki bu vəziyyətin azlıqda olan bir qrupun silah gücü ilə hökuməti və dövlət başçısı Əbdürrabi Mənsur Hadini devirərək ölkəni ələ keçirməyə cəhd göstərməsi səbəbindən yarandığını söylədi.

İslam Dünyası Qeyri-Hökumət Təşkilatları Birliyinin baş katibi Əli Qurd Yəmənin yaşadığı ağrı-acıların bütün İslam dünyasına aid məsələ olduğunu qeyd etdi, Suriya, İraq və Kəşmirdə də eyni vəziyyətin davam etdiyini xatırlatdı.

Qeyd edək ki, yardım kampaniyası çərçivəsində Yəmənin aclıq probleminin həlli üçün qida və dərman yardımlarının toplanması nəzərdə tutulur.

 

 

 

 



Әlaqәli Xәbәrlәr