İran İsrail rəhbərini “yalançı "çoban"a bənzətdi

Xarici İşlər naziri Cavad Zərif rəsmi “twitter” hesabından paylaşdığı açıqlamada bildirib...

961789
İran İsrail rəhbərini “yalançı "çoban"a bənzətdi

  İran "ölkəsinin nüvə silahı istehsalı üçün gizli proqram üzərində çalışdığını" iddia edən İsrail baş naziri Binyamin Netanyahunu “yalançı çoban"a bənzətdi.  

  Xarici İşlər naziri Cavad Zərif rəsmi “twitter” hesabından paylaşdığı açıqlamada bildirib: “Yalancı çoban (Netanyahu) bu iddialarını 12 maydan bir neçə gün əvvəl ortaya atıb, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın nüvə sazişini ləğv etmək üçün köhnə bəhanələr gətirdiyi bir zamanda. Halbuki Beynəlxalq Atom Enerjisi Qurumu bu iddiaları artıq araşdırıb”.



Әlaqәli Xәbәrlәr