"İran bu bölgədə yerləşir, geri çəkilməli olan ABŞ-dır", A.Ə.Xameneyi

İran dini rəhbəri Ayətullah Əli Xameneyi Amerika Birləşmiş Ştatlarının İran əleyhinə iqtisadi müharibə apardığını deyib.

961392
"İran bu bölgədə yerləşir, geri çəkilməli olan ABŞ-dır", A.Ə.Xameneyi

   Paytaxt Tehranda 1 May Beynəlxalq Zəhmətkeşlər Günü münasibətilə çıxış edən Xamenei ABŞ-ı İrana qarşı iqtisadi müharibə aparmaq və region ölkələrini İran əleyhinə təhrik etməkdə günahlandırıb: “ABŞ Xəzinə Nazirliyi bu gün bizim əleyhimizə çalışan müharibə qərargahıdır. Düşmənlərimizin İranla mübarizə yollarından biri iqtisadi, digəri də anlayışı az olan bəzi bölgə ölkələrini əleyhimizə təhrik etməkdir... ABŞ müsəlmanları bir-biri ilə dalaşdırır... Vaşinqton rəhbərliyi regionda növbəti münaqişə və qarşıdurma yaratmaq üçün İrana qarşı Səudiyyə Ərəbistanını qızışdırır... İran bu bölgədə yerləşir, geri çəkilməli olan ABŞ-dır.”

  Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranla 2015-ci ildə imzalanan nüvə müqaviləsinin yenidən bərpa olunmasını, əks təqdirdə, ölkəsinin müqavilədən imtina edəcəyini açıqlayıb.

  Trampın İranla 5+1 ölkələri arasında (ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin və Almaniya) 2015-ci ildə imzalanan nüvə sazişi ilə bağlı son qərarını 12 mayda açıqlaması gözlənilir.



Әlaqәli Xәbәrlәr