Avropa İttifaqı İsrailə xəbərdarlıq etdi

Avropa İttifaqı İsraili mülki vətəndaşları, xüsusilə də uşaqları hədəf almamağa, əli yalın etirazçılara qarşı həqiqi güllələrdən istifadə etməməyə çağırdı.

961374
Avropa İttifaqı İsrailə xəbərdarlıq etdi

Aİ komissiyasının sözçüsü Maja Kocijancic Qəzzada etirazların beşinci həftəsində hadisələrin gedişatını yaxından təqib etdiklərini bildirdi.

Kocijancic: "Avropa İttiaqı tərəfləri gərginliyi azaltmağa çağırır. Davam edən zorakılıq Qəzzada yaşanan ağrı-acını uzadır və sülh axtarışlarına zərər verir. Verilən itkilər bizi kədərləndirir. Mülki vətəndaşlar, xüsusilə də uşaqlar hədəf alınmamalıdır. İsrail əli yalın etirazçılara qarşı həqiqi güllələrdən istifadə etməməlidir. Bölgədəki hadisələr barəsində istintaq işi aparılmalıdır" dedi.

 



Әlaqәli Xәbәrlәr