İsrailin Fələstin xalqına təzyiqi artaraq davam edir

Qəzzanın Xan Yunus şəhərinin şərqindəki Huzaa bölgəsinə avia hücum təşkil edilib.

953681
İsrailin Fələstin xalqına təzyiqi artaraq davam edir

İsrailin gecə yarısı həyata keçirdiyi hava hücumunda birinin vəziyyəti ağır olmaqla 4 nəfər xəsarət alıb.

Qeyd edək ki, Fələstinlilər, ‘Torpaq Günü’nün 42-ci il dönümü münasibətiylə 30 Martdan bəri əhatə edilən Qəzza Zolağının İsrail sərhəddində sülhpərvər aksiyalar keçirirlər. İsrail əsgərləri isə sürgünə göndərildikləri torpaqlara geri qayıtmağı, 2006-cı ildən tutmuş Qəzza Zolağına tətbiq edilən qeyri-qanuni mühasirəyə son qoyulmasını tələb edən dinç sakinlərə atəş edirlər. Belə ki aksiyaların başladığı gündən indiyə dək 35 fələstinli öldürülüb. 3 mindən çox Fələstinli isə yaralanıb.

Fələstinlilər, sülh nümayişlərini mayın yarısına qədər davam etdirməyi planlaşdırırlar.



Әlaqәli Xәbәrlәr