İran-Pakistan sərhədində toqquşma baş verib, ölənlər var

İran-Pakistan sərhədində baş verən toqquşma nəticəsində 4 iranlı sərhədçi həyatını itirib, 3-ü isə yaralanıb.

953038
İran-Pakistan sərhədində toqquşma baş verib, ölənlər var

Hadisənin terrorçuların Sistan və Bəlucistan vilayətinin Mircəvəh rayonundakı hücumu nəticəsində baş verdiyi qeyd edilir. Silahlı toqquşma zamanı 3 terrorçunun məhv edildiyi və bir neçəsinin yaralandığı bildirilib. Quldurların hansı təşkilat üzvü olduqları haqqında məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr