Kimyəvi Silahların Qadağan  edilməsi Təşkilatı Suriyada araşdırma fəaliyyətlərini davam etdirəcək

Kimyəvi Silahların Qadağan  edilməsi Təşkilatı (KSQT) Suriya rejiminin Şərqi Qutada müxaliflərin nəzarətindəki son bölgə olan Duma rayonunda keçən həftə tətbiq etdiyi kimyəvi silah hücumuna qarşı araşdırma işlərini davam etdirəcəyini bildirdi.

951436

KSQT-nin açıqlamasında qeyd olunub ki, təşkilat nəzdindəki Vəziyyət Müəyyən Missiyası həqiqətləri ortaya çıxarmaq üçün Suriyadakı kimyəvi silah hücumuna qarşı araşdırma fəaliyyətlərini davam etdirəcək.
 Açıqlamada missiyanın təhlükəsizliyini təmin etmək üçün BMT-nin Təhlükəsizlik üzrə İdarəsilə yaxın  iş birliyi içərisində olduqları ifadə edilib.
 Qeyd edək ki, KSQT iki gün əvvəl Suriya rejiminin, Şərqi Qutada müxaliflərin nəzarətindəki son nöqtə olan Duma rayonunda keçən həftə keçirdiyi kimyəvi silah hücumunu araşdırmaq üçün təşkilat nəzdindəki heyəti vəzifələndirdiyini bildirib.
 ABŞ, Böyük Britaniya və Fransanın Suriya rejiminə qarşı hücumu çərçivəsində paytaxt Dəməşq yaxınlığında bir kimyəvi silah araşdırma mərkəzi, Homsun qərbində yerləşən bir kimyəvi silah anbarı ilə kimyəvi silahlarla əlaqəli bir komandanlıq mərkəzinin vurulduğu açıqlanıb.
 
Әlaqәli Xәbәrlәr