Səudiyyə Ərəbistanı İspaniyadan hərbi gəmi alır

Səudiyyə Ərəbistanının İspaniyadan 5 ədəd hərbi gəmi satın alamasını nəzərdə tutan müqavilə Velihat Şahzadə Məhəmməd Bin Səlmanın İspaniyaya səfəri zamanı imzalanıb.

950478
Səudiyyə Ərəbistanı İspaniyadan hərbi gəmi alır

İspaniyaya səfəri zamanı əvvəlcə Kral Felipe tərəfindən qəbul edilən Bin Səlman, daha sonra  özünü  müşayiət  edən  nümayəndə heyəti ilə Baş nazir Mariano Rajoy və müdafiə naziri Maria Dolores Cospedal ilə bir araya gəlib. Danışıqlar qapalı qapılar arkasında baş tutub.

İspaniya Baş nazirlik yanında mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, Danışıqlar zamanı müdafiə sahəsində mütabiqət bəyannaməsi başda olmaqla iki ölkə arasında təyyarə səfərləri, mədəniyyət, elm, məşğulluq kimi bir çox sahədə əməkdaşlıq edilməsini nəzərdə tutan razılaşmalar imzalanıb.

Rəsmi xəbər agentliyi EFE də buldurub ki, nümayəndə heyətləri arasında  keçirilən yığıncağa, Səudiyyə Ərəbistanına dəyəri 2 milyard avro olan 5 ədəd Avante 2200 tipli döyüş gəmisi satmaq və bu ölkədə bir donanma bazası inşa etmək istəyən Navantia şirkətinin nümayəndəsi Esteban Garcia Vilasanchez də qatılıb.

Agentliyin məlumatına görə hərbi gəmilər Cadiz şəhərində qayrılacaq. Bin Selman İspaniyaya səfərindən əvvəl də Fransa, ABŞ, İngiltərə və Misirdə olub.



Әlaqәli Xәbәrlәr