İstanbulda Şərqi Qutada həyata keçirilən hücumlar lənətlənib

İstanbulda Eyüp Sultan meydanında toplanan bir qrup  aksiyaçı, Bəşər Əsəd rejimi və Əfqanıstanın mühasirəsi altında olan Şərqi Qutada həyata keçirilən hücumlardan etiraz ediblər.

947904
İstanbulda Şərqi Qutada həyata keçirilən hücumlar lənətlənib

Eyüp Sultan Meydanında toplaşan Eyüp sultan Gənc Hümanitar Yardım Vəqfi, Türkiyə Gənclik Vəqfi və Gənc Ənsar Eyup sultan şöbəsi üzvləri, hücumların əleyhinə şuar səsləndiriblər.

Eyüp sultan Gənc Hümanitar Yardım Vəqfinin rəhbəri Hüseyn Gülüm, etdiyi çıxışında, Əfqanıstanın Kunduz vilayətində, bir mədrəsədəki məzuniyyət mərasimi əsnasında təşkil edilən hava hücumunda, 100-dən çox adamın öldüyünü və yüzlərlə insanın isə yaralandığını xatırladıb. Balaca Quran hafizlərinin məzuniyyət mərasimi, zalimlərin bombaları ilə şəhadət mərasiminə çevrildi deyib. Amerika Birləşmiş Ştatlarının, Əfqanıstana daxil olduğu tarixdən bəri hücumlarının davam etdiyini ifadə edən Gülüm, son dövrlərdə pilotsus uçuş aparatlardan sıx istifadə edilərək toy və matəm mərasimlərinə, məscidlərə hava hücumu təşkil etdiyini qeyd edib. Şərqi Qutada məsum insanların qətl edildiyi hücumu qınadıqlarını, bənzər hadisələrin qarşısının alınması üçün müsəlman ölkələrə əməkdaşlıq etmələri haqqında çağırış etdiklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr