Qəzza şəhidləri dəfn edildilər

İsrail əsgərlərinin mühasirə altındakı Qəzzanın sərhədində dinc aksiyalarını davam etdirən fələstinlilərə müdaxiləsində yaralanan fələstinli jurnalist şəhid oldu.

946318
Qəzza şəhidləri dəfn edildilər

İsrail əsgərlərinin mühasirə altındakı Qəzzanın sərhədində dinc aksiyalarını davam etdirən fələstinlilərə müdaxiləsində yaralanan fələstinli jurnalist şəhid oldu.
 
 Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra verdiyi yazılı açıqlamada dünən "Böyük Qayıdış Yürüşü"nü təqib etdiyi zaman İsrail əsgərlərinin açdığı atəş nəticəsində yaralanan 30 yaşlı fələstinli jurnalist Yasir Murtecanın həlak olduğunu bildirdi.
 
 Şahidlərin sözlərinə görə, Xan Yunusun şərqində keçirilən aksiyalarda video çəkilişi etdiyi zaman İsrail əsgərləri tərəfindən vurulan jurnalistin üzərində "Press" yazılmış qoruyucu jilet olub.
 
 Murtecanın film prodüseri kimi fəaliyyət göstərdiyi, "Ain Media" şirkətinin təsisçilərindən biri olduğu və Qəzzadakı vəziyyətdən bəhs  edən çox sayda sənədli film çəkilişində iştirak etdiyi qeyd edildi.
 
 Fələstinli jurnalistin şəhid olmasından sonra Qəzzada dünən keçirilən "Böyük Qayıdış" nümayişi zamanı İsrail əsgərləri tərəfindən açılan atəş nəticəsində həlak olanların sayı 10-a yüksəldü, 400-dən çoxu həqiqi güllələrlə  vurulan 1350-dən çox fələstinli yaralandı.
 
 Yaralılardan 33-nün vəziyyətinin ağır olduğu bildirilir.
 
 Aksiyaların başladığı 30 mart, cümə günündən bu yana 31 fələstinli şəhid olub, minlərləsi yaralanıb.
 

İsrail əsgərlərinin Qəzza sərhədindəki dinc aksiyalara müdaxiləsi zamanı həyatını itirən iki fələstinli dəfn edildi.
 
 Qəzza sərhədində 31 martda keçirilən aksiyalarda xəsarət alandan bir həftə sonra vəfat edən fələstinli Sair Məhəmməd Rabia (30 yaş) Cibaliya Qaçqın Düşərgəsində dəfn olundu.
 
Dünən şəhid olan fələstinli Usame Kadih (38 yaş) üçün də Xan Yunis şəhərində dəfn mərasimi keçirildi.
 
 Fələstinlilər  keçən cümədən etibarən Torpaq Gününün 42-ci ildönümü çərçivəsində mühasirədə olan Qəzza Zolağının İsrail sərhədində dinc aksiyalar keçirirlər.
 
 İsrail əsgərləri isə sürgün edildikləri torpaqlarına qayıtmağı və 2006-cı ildən bəri Qəzzaya tətbiq olunan qeyri-hüquqi mühasirənin götürülməsini tələb edən dinc əhalinin üzərinə həqiqi güllələrlə atəş açırlar.
 
 Fələstinlilər "Böyük Qayıdış Yürüşü" adı altında başladıqları dinc aksiyalarına altı həftə davam etməsi planlaşdırırlar.
 
 Aksiyaların altı həftə davam etməsinin bir səbəbi də bu tarixdə ABŞ-ın Tel-Əvivdəki səfirliyini Qüdsə köçürəcəyi barəsindəki açıqlamasıdır.



Әlaqәli Xәbәrlәr