Şərqi Qutadakı insanları təxliyə işi davam edir

Bəşər Əsəd rejiminin mühasirə etdiyi Şərqi Qutadan çıxmaq məcburiyyətində qalanları təxliyə işi davam edir.

944937
Şərqi Qutadakı insanları təxliyə işi davam edir

Bölgədən 16-cı avtobus karvanı da Fərat Qalxanı əməliyyatı nəticəsində azad olan Əl-Bab vilayətinə çatıb.

Martın 22-də Şərqi Qutada başlayan məcburi evakuasiya çərçivəsində dinç sakinləri daşıyan 16-cı avtobus karvanı 233-i uşaq, 180-i qadın olmaqla 633 nəfəri təhlükəsiz bölgəyə çatdırıb. Təxliyə edilənlər Əl-Bab rayonuna bağlı Qabbasin yaşayış yerində müvəqqəti sığınacaq mərkəzlərində yerləşdiriləcəklər.

Qeyd edək ki, Şərqi Qutadan indiyə dək 50 mindən çox insan təxliyə edilib.



Әlaqәli Xәbәrlәr