Terror təşkilatı DEAŞ-ın hücumu nəticəsində Kərkükdə 5 nəfər öldü

İraqın şimalındakı Kərkük şəhərində terror təşkilatı DEAŞ mənbuslarının pusqusuna düşən Haşdi Şabi qüvvələrindən 5 nəfər həlak olub.

937268
Terror təşkilatı DEAŞ-ın hücumu nəticəsində Kərkükdə 5 nəfər öldü

İraqın şimalındakı Kərkük şəhərində terror təşkilatı DEAŞ mənbuslarının pusqusuna düşən Haşdi Şabi qüvvələrindən 5 nəfər həlak olub.

Kərkük Polis İdarəsində vəzifəli zabit  Həmid əl-Ubeydi DEAŞ mənsublarının Kərkükün 55 km cənub-qərbindəki Əl-Havica qəsəbəsinə bağlı Ər-Riyad bölgəsində Haşdi Şabiyə pusqu qurduğunu və 5 mənsubunu öldürdüyünü söyləyib.

Ubeydi bölgəyə əlavə hərbi qüvvə göndərildiyini bildirib.

Qeyd edək ki, srağa gün də 8 polis əməkdaşı Bağdad-Kərkük şose yolunda DEAŞ terrorçularının pusqusuna düşməsi nəticəsində həlak olmuşdu.



Әlaqәli Xәbәrlәr