Rusiya An-148 tipli sərnişin təyyarəsinin istifadəsini qadağan etdi

Rusiya fevral ayında qəzaya uğrayan və 71 nəfərin ölümünə səbəb olan An-148 tipli sərnişin təyyarəsinin istifadəsini qadağan etdi.

934102
Rusiya An-148 tipli sərnişin təyyarəsinin istifadəsini qadağan etdi

   Rusiya Federal Nəqliyyat İdarəsinin (Rostransnadzor) rəhbəri Viktor Basarqinin Rusiya mətbuatına verdiyi məlumata görə, An-148 tipli sərnişin təyyarəsinin istifadəsini dayandırmaq üçün Rusiyanın hava daşıyıcılarına təlimat göndərilib.

  Qəza ilə bağlı araşdırmalarla əlaqədar təyyarənin aid olduğu Saratov Hava Yolları şirkətinin uçuşları 27 aprelə qədər təxirə salınıb.

  Xatırladaq ki, Saratov Hava Yollarının An-148 sərnişin təyyarəsi fevral ayında Moskvada Domodedovo Hava Lımanından qısa müddət sonra düşüb, təyyarədə 65 sərnişin və 6 ekipaj üzvü həyatını itirib.

  Qeyd edək ki, Ukrayna istehsalı olan An-148 tipli təyyarəsindən Rusiya Hava Qüvvələrində 12, özəl hava şirkətlərində isə 15 ədəd var.



Әlaqәli Xәbәrlәr