‘‘Zeytun Budağı’’ әmәliyyatında 3444 terrorçu zәrәrsizlәşdirildi
Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yaydı.
Türkiyә Silahlı Qüvvәlәrinin Suriyanın Afrin bölgәsindә apardığı ‘‘Zeytun Budağı’’ әmәliyyatında zәrәrsizlәşdirilәn terrorçu sayı 3444-ә çatıb.
Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yaydı.
Mәlumatda sərhədlər və bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək, Suriyanın şimal-qərbindəki Afrində PYD/YPG/PKK/KCK və DEAŞ mənbuslarını zərərsizləşdirmək, dost və qardaş xalqı terrorçuların təzyiq və zülmündən xilas etmək məqsədilə yanvarın 20-dә başlanan әmәliyyatın davam etdirildiyi vurğulanıb.
Məlumatda əməliyyatın başladığı gündən indiyədək zərərsizləşdirilən terrorçu sayının 3444-ə çatdığı qeyd edilib.
Bu arada Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Orusu (ASO) Afrində daha 8 kəndi terrorçuylardan təmizlədi.
TSQ və ASO Afrinin Kori Gul, Çolağan, Göz, Marratah, Şatiyan, Yuxarı Kaferdel və Kuran kəndlərini PYD/YPG/PKK/KCK və DEAŞ-lı terrorçulardan azad etmişdir.
"Zeytun budağı" əməliyyatı başladığı gündən 185-i kənd, 37-si kritik nöqtə olmaqla cəmi 222 bölgəyə nəzarət ələ keçirilib.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...