“İran ilə imzalanan müqavilə ləğv edilməli”:  Netanyahu

Yaxın Şərqdə nüvə silahların qarşısını almağın ən yaxşı yolu 2015-ci ildə P+1 ilə imzalanan İran müqaviləsini tamamilə dəyişdirmək ya da ləğv etməkdir. Bunu İsrail Baş Naziri Binyamin Netanyahu deyib.

925977
“İran ilə imzalanan müqavilə ləğv edilməli”:  Netanyahu

Netanyahu Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri çərçivəsində Nyu-yorkda Birləşmiş Millətlərin (BMT) Ümumi Mərkəzində təşkil edilən Qüds sərgisini ziyarətindən sonra jurnalistlərə verdiyi açıqlamada: ABŞ-ın BMT yanındakı Daimi Nümayəndəsi Nikki Haley ilə görüşdüm. Haley, İsrail üçün əhəmiyyətli işlər edib”.

 İranı regionda terroru yaymaqda ittiham edən Baş nazir Netanyahu, Yaxın şərqdə nüvə silahların qarşısını almağın yeganə yolu, İran müqaviləsini tamamilə dəyişdirmək və ya ləğv etməkdir deyib.

İsrail və Fələstin arasındakı sülh danışıqlarına da toxunan Netanyahu, Fələstini danışıqlardan çəkilməkdə ittiham edib.

 

 



Әlaqәli Xәbәrlәr