Bәşәr Әsәd rejiminin hücumu nәticәsindә yenә dinc sakinlәr hәlak oldu

Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumatda bildirilib.

922211
Bәşәr Әsәd rejiminin hücumu nәticәsindә yenә dinc sakinlәr hәlak oldu

Bәşәr Әsәd rejimi BMT Tәhlükәsizlik Şurası vә Rusiyanın elan etdiyi 5 saatlıq atәşkәsә baxmayaraq Şәrqi Qutaya ağır zәrbәlәr endirib.

Bölgәyә tәşkil edilәn hücumlar nәticәsindә 21 dinc sakinin hәlak olduğu qeyd olunub.

Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumatda bildirilib.

Mәlumata görә, Bәşәr Әsәd rejimi BMT Tәhlükәsizlik Şurası vә Rusiyanın qәrarına baxmayaraq Şәrqi Qutadakı yaşayış mәntәqәlәrini  intensiv atәşә tutub.

Mәlumatda son 13 gün әrzindә  bölgәyә tәşkil edilәn hücumlar nәticәsindә 718  dinc sakinin  hәlak olduğu vurğulanıb.

Qeyd edәk ki,müxaliflәrin nәzarәtindәki Şәrqi Qutada tәxminәn 400 min dinc sakin  yaşayır.



Әlaqәli Xәbәrlәr