İranda quraqlıq son həddə çatır

Son aylar İranda quraqlıq, su ehtiyatlarının çatışmazlığı və hava çirklənməsi ölkənin əsas mövzularının başında yer alır.

920357
İranda quraqlıq son həddə çatır

  İran Milli Quraqlıq və Meteoroloji Böhran İdarəsinin rəhbəri Şahrux Fateh quraqlığın ölkənin 97 faizini təsiri altına aldığını bildirib.

  İranlı Tələbələr Xəbər Agentliyinə (İSNA) verdiyi açıqlamada quraqlığın bütün ölkəyə yayıldığını Şahrux Fateh bu sözlərlə söyləyib: “Xüsusilə Xuzistan, İlam, Buşehr, Kohqiluyə, Buyer Əhməd, Fars, Sistan-Beluçistan, Cənubi Xorasan, Şimali Xorasan, Xorasani Rəzəvi, İsfahan, Zəncan və digər əyalətlərdə quraqlıq hədsiz dərəcəyə çatıb. Quraqlığa qarşı mübarizə imkansızdır, ancaq suyu israfla istifadəyə yol verməməliyik.”

  Qeyd edək ki, son aylar İranda quraqlıq, su ehtiyatlarının çatışmazlığı və hava çirklənməsi ölkənin əsas mövzularının başında yer alır. Hökumət bu problemləri həll etmək üçün layihələrə büdcə ayırsa da, nəticəsi yox kimidir.


Etiketlәr: #İranda quraqlıq

Әlaqәli Xәbәrlәr