Mövlud Çavuşoğlu "Əsəd rejimi Afrinә daxil olur" iddialarına cavab verdi

Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Bəşər Əsədə sadiq qüvvələrin Afrinә daxil olmağa hazırlaşdığı ilә bağlı xəbərə münasibət bildirdi.

913597
Mövlud Çavuşoğlu "Əsəd rejimi Afrinә daxil olur" iddialarına cavab verdi

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Bәşәr Әsәdә sadiq qüvvәlәrin Afrinә separatçı terror tәşkilatı PKK/PYD/YPG-ni qorumaq üçün daxil olacağı tәqdirdә Türkiyәyә  heç kimin mane ola bilmәyәcәyini deyib.

İordaniyanın paytaxtı Ammanda rәsmi sәfәrdә olan Mövlud Çavuşoğlu hәmkarı  Eymәn әs-Safedi ilә tәkbәtәk görüş keçirib.

Daha sonra Çavuşoğlu vә әs-Safedi heyәtlәrarası görüşә sәdrlik ediblәr.

Görüşlәrdәn  sonra keçirilәn birgә mәtbuat konfransında Mövlud Çavuşoğlu Bəşər Əsədə sadiq qüvvələrin Afrinә daxil olmağa hazırlaşdığı ilә bağlı xəbərə münasibət bildirib.

Mövlud Çavuşoğlu bildirib ki: ‘‘Əsəd rejimi YPG-ni təmizləmək üçün Afrinə daxil olmaq istəyirsə, problem yoxdur ancaq YPG-ni  qorumaq üçün Afrinə gedirsə heç kim Türkiyәyә mane ola bilmәz’’

Mövlud Çavuşoğlu Türkiyә Silahlı Qüvvәlәrinin yanvarın 20-dә başladığı ‘‘Zeytun Budağı’’ әmәliyyatının mәqsәdinin bölgәnin terrorçulardan tәmizlәmәk olduğunu deyib.

Mövlud Çavuşoğlu Türkiyənin hər zaman Suriyanın ərazi bütövlüyünü dәstәklәdiyini  vurğulayıb.



Әlaqәli Xәbәrlәr