Suriyada rejim qüvvələri ilə PYD/PKK arasında toqquşma oldu

Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altındakı DEAŞ əleyhinə koalisiya Suriyada rejim tərəfdarı olan  qüvvələrin özünü Suriya Demokratik Qüvvələri (SDQ) adlnadıran separatçı terror təşkilatı PYD/PKK "qərargahına" hücum etdiyini bildirdi.

906241

 "Təbii Qətiyyət" birləşmiş əməliyyatından verilən məlumatda Əsəd tərəfdarı olan qüvvələrin Fərat çayının 8 kilometr şərqində yerləşən "SDQ qərargahına" hücum etdiyi, hücum zamanı koalisiyaya sadiq əsgərlərin də qərargahda olduğu bildirilir.
 
Məlumatda:"DEAŞ  əleyhinə qlobal koalisiya missiyasına daxil olan tərəfdaşlar koalisiya əsgərlərini və birgə qüvvələri müdafiə etmək, hücumu dəf etmək üçün əks hücum təşkil etdi" deyilir, koalisiyanın Orta Fərat vadisində DEAŞ ilə mübarizəyə davam etdiyi qeyd edilir.
 
 Bəzi mənbələr əks hücumda 100-ə qədər terrorçunun öldürüldüyünü bildirir.

Әlaqәli Xәbәrlәr