"Bu, İran iqtisadiyyatını qurtarmağın yeganə yoludur", H.Ruhani

Paytaxt Tehranda mətbuat konfransında çıxışında H.Ruhani açıqlama verib...

905654
"Bu, İran iqtisadiyyatını qurtarmağın yeganə yoludur", H.Ruhani

  İran prezidenti Həsən Ruhani iqtisadiyyatı ağır vəziyyətdən qurtarmaq üçün silahlı qüvvələr və hökumət rəsmilərinə onlara bağlı enerji və kommersiya şirkətlərinin fəaliyyətinin dayandırılması və birbaşa hökumətə təhvil verilməsinə çağırıb.

  “Bloomberg News”un bildirdiyinə görə, fevralın 6-da paytaxt Tehranda mətbuat konfransında danışan H.Ruhani deyib:   

  “Bütün hökumət sektorları, banklar, o cümlədən, kommersiya holdinqləri şəxsi əllərdən çıxarılmalıdır. Bu, ölkənin iqtisadiyyatını xilas etməyin yeganə yoludur. Hökumət nümayəndələri, qeyri-hökumət təşkilatları, silahlı qüvvələr və digər qurumlar kommersiya işlərini dayandırmalıdır."

  Qeyd edək ki, İranda İnqilab Qvardiyasına bağlı, hökumətin ayrı-ayrı məmurlarına məxsus yerli çox şirkət var.

  İranın enerji və maliyyə sənayesi üzərində beynəlxalq sanksiyalar 2016-cı ilin sentyabrından etibarən yüngülləşdirildiyi üçün ölkə iqtisadiyyatının dirçəldilməsinə çalışılır.

  Tehran başlıca ixracatı olan neft satışlarını artırsa, Qərb ölkələrindəki investorlar İranın sənayesinin modernləşdirməsi üçün ehtiyacı olan kapital və ixtisas sahələrində ləng davranır. Digər tərəfdən də ABŞ prezidenti Donald Tramp isə P5+1 (ABŞ, Rusya, Çin, Fransa, İngiltərə və Almaniya) ölkələri ilə İran arasında imzalanan 2015 nüvə güzəştlərinə qarşı çıxır və sanksiyaları yenidən işə salmaqla təhdid edir.



Әlaqәli Xәbәrlәr