İdlibdə 16 sadə vətəndaş bombardman qurbanı oldu

Suriyada İdlib gərginliyi azaltma bölgəsi sərhədləri içində yer alan Xan Sübül və Masaran kəndlərinə təşkil olunan hücumlarda 16 nəfər həyatını itirib.

903178
İdlibdə 16 sadə vətəndaş bombardman qurbanı oldu

  İdlib Mülki Müdafiə (Ağ dəbilqəlilər) rəisi Mustafa Həcc Yusif son aylar hücumların intensivləşdiyini bildirib: “Fevralın 4-ündə Serakib rayonu ilə Tel Merdih, Serce, Keferamim, Masaran və Xan Sübül kəndləri ardıcıl olaraq bombalanıb.”

  Qeyd edək ki, Beşşar Əsəd rejiminin Xan Sübül kəndinə bombalı hücumunda 9, Masaran kəndinə təşkil etdiyi hücumda isə eyni ailədən olmaqla 7 mülki vətəndaş həyatını itirib.

  Müxalifətin nəzarətindəki İdlib vilayətinə 3 fevralda təşkil olunan hücumlarda da 7 mülki vətəndaş dünyasını dəyişib.  



Әlaqәli Xәbәrlәr