TSQ: İraqın şimalında terrorçulara məxsus 11 hədəf məhv edildi

Türkiyə Silahlı Qüvvələri (TSQ) İraqın şimalındakı terror təşkilatına məxsus hədəfləri zərərsizləşdirməkdə davam edir.

898878
TSQ: İraqın şimalında terrorçulara məxsus 11 hədəf məhv edildi

Türkiyə Silahlı Qüvvələri (TSQ) İraqın şimalındakı terror təşkilatına məxsus hədəfləri zərərsizləşdirməkdə davam edir.

TSQ İraqın şimalındakı Asos/Qəndil bölgəsində terrorçulara qarşı həyata keçirilən hava əməliyyatı barədə məlumat yaydı.

Yayılan məlumata görə, hücum üçün hazırlaşdığı müəyyən edilən terrorçulara məxsus sığınacaq, mövqe və silah-sursat anbarı başda olmaqla 11 hədəf zərərsizləşdirilib.  

Hava əməliyyatında iştirak edən döyüş təyyarələri əmin-amanlıq içində bazalarına qayıdıb.



Әlaqәli Xәbәrlәr