Səudiyyə Ərəbistanı şahzadələrinin saxlanıldığı otel yenidən açılır

Səudiyyə Ərəbistanında noyabrın 4-də korrupsiya ittihamı ilə başlayan həbslərdən sonra onlarla şahzadə, iş adamı və keçmiş nazirlərin saxlanıldığı Ritz Karlton oteli qapılarını yenidən müştərilərinin üzünə açacaq.

889145

  Otelin rəsmi veb saytında yayımlanan açıqlamada gələn aydan etibarən yenidən müştərilərə xidmət ediləcəyi bildirilib.  

"Reuters" agentliyinə açıqlama verən otel rəsmisi fevralın 14-dən etibarən oteldə otaq sifariş verməyin mümkün olacağını və bir gecəlik otaq qiymətinin 650 $ təşkil edəcəyini söyləyib.  

"5 ulduzlu həbsxana" olaraq xarakterizə edilən Ritz Karlton oteli noyabrdan etibarən milyarder şahzadələrin həbsdə saxlanıldığı məkana çevrilmişdi.

Həbslərdən sonra bir neçə iş adamı, nazir və şahzadənin pul müqabilində sərbəst buraxıldığı bildirilib. 

Әlaqәli Xәbәrlәr