Komandan Məhəmmədəli Cəfəri etiraz aksiyalarının başa çatdırıldığını ireli sürüb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı etiraz aksiyalarının başa çatdırıldığını ireli sürüb.

881256
Komandan Məhəmmədəli Cəfəri etiraz aksiyalarının başa çatdırıldığını ireli sürüb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı etiraz aksiyalarının başa çatdırıldığını ireli sürüb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmmədəli Cəfəri ölkədə keçirilən etiraz aksiyalarının yanvarın 3-də nümayişçilər üçün uğursuz nəticə ilə başa çatdırıldığını iddia edib.

İran dövlət televiziyasında çıxış edən Cəfəri “Bugün fitnənin başa çatdığı gündür” ifadəsini işlədib.

O bildirib ki, bütün ölkə üzrə etiraz edənlərin sayı 15 min nəfərdən çox olmayıb.

Cəfəri həmçinin hadisələrlə əlaqəli olaraq ABŞ, İsrail və Səudiyyə Ərəbistanını ittiham edib.

Digər tərəfdən İranın İslam İnqilabı Keşikçiləri Korpusu Piranşan şəhərindəki toqquşmalar zamanı üç döyüşçüsünün öldüyünü bildirib.



Әlaqәli Xәbәrlәr