İranda bahalığa etiraz edən aksiyaçılardan 2 nəfər həyatını itirdi

Ölkədə 4 gündər davam edən etiraz aksiyaları 13 şəhərə yayılıb.

879150
İranda bahalığa etiraz edən aksiyaçılardan 2 nəfər həyatını itirdi
protesto Iran.jpg

İranda bahalığa etiraz edən aksiyaçılardan 2 nəfər həyatını itirdi.

Ölkədə 4 gündər davam edən etiraz aksiyaları 13 şəhərə yayılıb.

Etiraz aksiyaları gecə gec saatlara qədər davam edib.

Banklara və dövlət binalarına hücum edilib.

İran polisi isə aksiyaçılara müdaxilə edib. Xeyli sayda aksiyaçı nəzarətə götürülüb. Bəzi şəhərlərdə polis ilə aksiyaçılar arasında çaxnaşma yaranıb.

2 aksiyaçının öldüyü Doruh şəhərində valilik açıqlama yayaraq, təhlükəsizlik qüvvələrinin kültənin üzərinə atəş açmadığını elan edib, ölümlərlə əlaqəli olaraq isə xarici agentləri ittiham edib.

Sosial şəbəkə vasitəsilə yeni etiraz aksiyaları üçün çağırış edilib.

Ölkədə hökumət tərəfdarları da qarşı nümayiş keçirib.

Ötən gün İranda 2009-cu ildəki hadisələrin qarşısının alınmasının ildönümü qeyd olundu.

Rejim lehinə minlərlə iranlı dini lider Əli Xamneyiyə dəstək şüarları səsləndirdilər.  



Әlaqәli Xәbәrlәr