"Qatar Charity" yardım kampaniyasına başladı

Qətər Xeyriyyə Qurumu (Qatar Charity) Arakan, Fələstin, İraq və Suriyadan olan 1 milyondan çox qaçqın və köçkünü əhatə edən yardım kampaniyasına başladı.

876383
"Qatar Charity" yardım kampaniyasına başladı

Qətər Xeyriyyə Qurumu (Qatar Charity) Arakan, Fələstin, İraq və Suriyadan olan 1 milyondan çox qaçqın və köçkünü əhatə edən yardım kampaniyasına başladı.
 
 Qətər rəsmi agentliyi QNA-in xəbərinə görə, "Zərərdidələrin Qışı" şüarı ilə başlanılan kampaniya  qaçqınlara ərzaq və  qış qiyafətləri ilə yanaşı müxtəlif yardımların çatdırılması məqsədini güdür.
 
 Qətər Xeyriyyə Qurumunun layihələr üzrə meneceri Xalid əl-Yafii kampaniya ilə sözügedən 4 ölkədəki 1 milyondan çox müsəlman qaçqın və köçkünə 65 milyon rial (18 milyon dollar) dəyərində yardım göstərməyi hədəf seçdiklərini bildirdi.
 
 Xeyriyyə Qurumu bir neçə gün əvvəl də Banqladeşdəki Arakan müsəlmanlarına və suriyalı qaçqınlara müxtəlif yardım ləvazimatları paylamışdı.



Әlaqәli Xәbәrlәr