"Əlimizdəki məlumatlara görə təşkilat ölkə xaricindən yardım alır",S.Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov “Əl Nüsra” cəbhəsinin (yeni adı ilə Fəth əl Şam) xarici ölkələrdən yardım aldığını göstərdiyinə dair əllərində məlumat olduğunu bildirib.

876937

“Suriyanın sabahı” adlı müxalifət qrupunun lideri Əhməd Carbayla görüşündən sonra açıqlama verən Lavrov deyib ki,  “Əl Nüsra” müqavimətini davam etdirir. Əlimizdəki məlumatlara görə təşkilat ölkə xaricindən yardım alır.

Bugündən tutmuş terrorla mübarizədə əsas vəzifənin “Əl Nüsran”ı məğlub etmək olduğunu da qeyd edən Lavrov Suriya ordusu və müttəfiqlərinin Rusiyanın dəstəyilə “Əl Nüsra” üzvlərinə təzyiq etdiyini vurğulayıb.

DEAŞ-ın Suriyadakı vəziyyəti barədə də məlumat verən Lavrov təşkilata dəqiq şəkildə zərbə endirildiyini və Suriyadakı əsas döyüşün başa çatdığını vurğulayıb.

Lavrov “Suriyada müsbət dəyişiklər görürük. DEAŞ-a dəqiq zərbə endirildi. Döyüş meydanından qaçan bəzi silahlılar Suriyada yenidən qruplaşmaq və ölkə xaricinə qaçmaq üçün cəhd göstərsə də ana müharibənin başa çatdığı aşkardır” deyə bildirib.

Digər tərəfdən Lavrov suriyalıların və suriyalı tayfa liderlərinin Milli Dialoq Konqesinə böyük dəstək verdiyini deyib.

Lavrov Cenevrə danışıqlarında iştirak edən Suriyanın ölkədən kənardakı müxalifət nümayəndələrinin Soçiyə dəvət edildiyini də sözlərinə əlavə edib.

Әlaqәli Xәbәrlәr