2018-ci ildə Adanın iki tərəfində seçkilər keçiriləcək

Şimali Kıbrıs Türk Cümhuriyyətində keçiriləcək parlament seçkiləri ilə Cənubi Kıbrıs Rum icmasında keçiriləcək prezident seçkisi Adada 2018-ci ilin ən önəmli gündəm maddəsidir.

875117

Şimali Kıbrıs Türk Cümhuriyyətində yanvarın 7-də növbdənkənar parlament seçkisi keçiriləcək.

Yoxlamalar baş nazir Hüseyn Özgürgün rəhbərliyindəki hakimiyyət partiyası Milli Birlik Partiyasının seçkidə qələbə qazanacağını göstərir.

Digər tərəfdən seçki yarışında prezident seçkisində 20 faiz səs götürən sabiq müzakirəçi Kudrət Özərsayın da daxil olması ilə seçki qutusundan yenə bir koalisiya hökumətinin qurulacağına dair mülahizə üstünlük qazanır.

Cənubi Kıbrıs Rum tərəfində isə yanvarın 28-də prezident seçkisinin ilk turu keçiriləcək.

Seçkilərdə son 5 ildir müzakirələri aparan mühafizəkarların və liberaların təşkil etdiyi Demoktratik Səfərbərlik Partiyasının namizədi Nikos Anastasiadis ilə həll yolundan tərəf olan kommunist AKEL partiyasının dəstəklədiyi Stavros Malas və Demokratik Partiyanın namizədi Nikolas Papadopulos ön plandadır.

Әlaqәli Xәbәrlәr