İsrail Qəzzaya hücum etdi: 15 yaralı

Qəzzada keçirilən Qüdsə dəstək mitinqlərində 2 fələstinli şəhid oldu.

864557
İsrail Qəzzaya hücum etdi: 15 yaralı

İsrailin mühasirə altındakı Qəzza Zolağına təşkil etdiyi hava hücumlarında 15 nəfərin yaralandığı bildirildi.

 Qəzzada keçirilən Qüdsə dəstək mitinqlərində 2 fələstinli şəhid oldu.

 Fələstin ABŞ ilə sülh danışıqlarını təxirə saldı.

 Birləşmiş Millətlər TəşkilatınınTəhlükəsizlik Şurası Qüds gündəmi ilə toplantı keçirdi.

 Fələstin Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kudra İsrail döyüş təyyarələrinin təşkil etdiyi hücumlar nəticəsində 1-i uşaq olmaqla,15 nəfərin yaralandığını bildirdi.

  Kudra yaralıların Qəzzanın şimalındakı İndoneziya Xəstəxanasına çatdırıldığını söylədi.

İsrail ordusundan verilən açıqlamada da:"Orduya aid bir döyüş təyyarəsi Qəzza Zolağında Həmasın təlim düşərgəsini və cəbhəxananı vurdu" deyilir.

  Açıqlamada hücumların gün ərzində Qəzzadan İsrailin cənubuna təşkil olunan iki raket hücumuna cavab olduğu bildirilir.

   Qəzzadakı təhlükəsizlik mənbələri isə İsrail döyüş təyyarələrinin Qəzzada Həmasa aid 3 fərqli nöqtəyə hava hücumu təşkil etdiyini ifadə etdi.

   Mühasirə altındakı Qəzza Zolağından İsrailə raket atıldığı iddia edildi.

 

 



Әlaqәli Xәbәrlәr