Prezident Putin Misirə səfərə gedir

Rusiya Dövlət Başçısı Vladimir Putin, 11 dekabrda Misirə rəsmi səfər reallaşdıracaq

863940
Prezident Putin Misirə səfərə gedir

Kremlin yaydığı məlumata görə Putin Misirə səfəri çərçivəsində, paytaxt Qahirədə prezident Abdulfəttah əl Sisi ilə bir araya gələcək. Danışıq zamanı iki ölkə arasındakı siyasi, enerji, ticarət və iqtisadi əlaqələr müzakirə ediləcək.

İki lider, Yaxın Şərq və Şimali Afrikada sabitlik və təhlükəsizliyin bərpası başda olmaqla beynəlxalq mövzular barədə fikir mübadiləsi edəcək.

Qeyd edək ki, ötən ay Misirin Sina yarımadasında terror təşkilatı DEAŞ tərəfindən bir məscidə hücum edilmiş və hadisə nəticəsində 300-dən çox adam həyatını itirmişdi. Həmin hadisədən sonra Rusiya müdafiə naziri Sergey Şoyqu, Qahirədə Sisi ilə bir araya gəlmiş və Rusiyanın terrora qarşı mübarizədə Misirin yanında olduğunu açıqlamışdı.

 



Әlaqәli Xәbәrlәr